Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ tərəfindən dəstəkdən məhrum oan Suriya Demokratik Qüvvələri (SDQ), nəhayət, Dəməşq hökuməti ilə atəşkəs və Suriyaya inteqrasiya barədə razılığa gəlib.
Mia.az xarici mətbuata istinadla bildirir ki, 14 günlük müvəqqəti atəşkəs anlaşması çərçivəsində aparılan danışıqlar bu gün səmərəli nəticə ilə yekunlaıb.
Suriya Dövlət Televiziyasından bildirilib ki, artıq SDQ qüvvələri silahları yerə qoyaraq, hökumətə inteqrasiya prosesinə "hə" deyiblər: "Yeni razılaşma ilə artıq Suriya qüvvələri SDQ-nin nəzarətində olan Haseke və Qamışlıya yerləşdiriləcək. Bundan əlavə, SDQ-yə bağlı üç briqadadan ibarət hərbi diviziya yaradılacaq. Eyni zamanda, Suriya dövlət qurumlarına SDQ-nin təyin etdiyii mülki vəzifəli şəxslərin inteqrasiyası, onların vəzifələrinin saxlanılması, köç etmiş əhalinin geri qaytarılması kimi məsələlər razılaşdırılıb"
Tahir Şəlvəli
MİA.AZ