YPG nin kamikadze dron hücumu: Ayn əl Ərəb ətrafında atəşkəs pozuldu

26.01.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriya ordusu YPG terror təşkilatının 25-dən çox kamikaze dronla ordu mövqelərinə hücum edərək Ayn əl-Ərəb ətrafında atəşkəs razılaşmasını pozduğunu açıqladı.
Turkustan.az xəbər verir ki,Suriya dövlət televiziya kanalı Əl-İxbariyyənin məlumatına görə, Suriya Ordusunun Əməliyyatlar Komandanlığının açıqlamasında YPG terror təşkilatının Ayn əl-Ərəb ətrafındakı ordu mövqelərinə FPV tipli kamikaze dronları ilə hücum etdiyi və hücumlarda dörd hərbi texnikanın məhv edildiyi bildirilib.
Bəyanatda YPG-nin M4 magistral yolunu və ətraf kəndləri də bir neçə dəfə hədəfə aldığı və nəticədə çoxsaylı mülki şəxslərin xəsarət aldığı qeyd olunub.
Bəyanatda terror təşkilatının mülki şəxsləri həbs etmək kimi sistemli siyasətini davam etdirdiyi və əş-Şuyux kəndi yaxınlığındakı bəzi ailələrin oğullarını həbs etmək məqsədi ilə mühasirəyə alındığı, bunun isə sakinlər arasında toqquşmalara və xəsarətlərə səbəb olduğu bildirilir.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью