YPX avtomobilinin iştirakı ilə baş verən qəza barədə RƏSMİ AÇIQLAMA VİDEO YENİLƏNİB | Icma…
Icma.az bildirir, Avtosfer portalına istinadən. "DYP-nin Dövlət Ekoloji Nəzarət Postunun yaxınlığında Yol Patrul Xidməti (YPX) avtomobilinin
Bu məlumat Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.
Qeyd olunub ki, qəza Bakı-Quba yolunun Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində baş verib: "YPX-yə məxsus BMW markalı avtomobil maneəyə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan və həlak olan yoxdur. Bu, maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsidir", - deyə məlumatda bildirilir.
*** Bakı-Sumqayıt yolunda, DYP-nin Dövlət Ekoloji Nəzarət Postunun yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkədə yayımlanıb.
Hadisə şahidlərinin sözlərinə görə, Yol Patrul Xidmətinə (YPX) məxsus BMW markalı avtomobil ilə 10-TM-138 dövlət nömrə nişanlı BMW markalı maşın toqquşub.
Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb.
Tam oxu
Xəbəri oxu