YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07.06.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda yol hərəkəti qaydasını pozmadığını iddia edən sürücü məsuliyyətə cəlb edilib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 6-da, paytaxtın Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında dayanan zaman arxadan gələn Yol Patrul Xidməti avtomobili keçməyə cəhd edib. Bu zaman sürücü stop xəttini keçərək ona şərait yaradıb. Lakin kamera vasitəsilə sürücüyə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə tətbiq edilib.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью