Yubiley Formula 1 Azərbaycan Qran Prisi üçün yeni tribuna quraşdırılıb

01.09.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-ya hazırlıq çərçivəsində yerli və xarici azarkeşlərin biletlərə artantələbatı nəzərə alınaraq Bakı Şəhər Halqasında yeni tribuna quraşdırılıb.

“City” adlanan yeni tribuna Azərbaycan Dövlət AkademikMusiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumunamalikdir. Tribunanın unikal yerləşməsi azarkeşlərə bolidləritrasın bir-birinə paralel iki sürətli hissəsində izləmək imkanıverəcək. 

Yeni tribunanın istifadəyə verilməsi ilə Bakı Şəhər Halqasındatribunaların ümumi tamaşaçı tutumu 21 mini keçib. 

Yerli və xarici azarkeşlərin Azərbaycan Qran-Prisinə ildən-iləartan marağı nəzərə alınaraq, infrastrukturun genişləndirilməsiistiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son üç il ərzindədörd yeni tribuna quraşdırılıb, tribunaların ümumi tutumu isə 6 mindən çox yer artırılıb.

Qeyd edək ki, 2025-ci ildə keçirilən Formula 1 AzərbaycanQran-Prisinin yarış həftəsonu ərzində ümumilikdə 90 mindənçox iştirak qeydə alınıb. 

Hazırda Bakı Şəhər Halqasında 2026-cı il Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi ilə əlaqədar tribunalarınquraşdırılması üzrə işlər son mərhələdədir. 

Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi2026 24-26 sentyabr tarixlərində keçiriləcək.

Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM Paraüzgüçülərimiz Gəncədə təlim-məşq toplanışında  Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью