Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Neftçi” futbol klubunun veteranları paytaxtda keçirilən dostluq görüşündə Litva futbolunun veteranları ilə qarşı-qarşıya gəliblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşma “Neftçi” veteranlarının 10:9 hesablı qələbəsi ilə başa çatıb.
Bakı təmsilçisinin heyətində Arif Əsədov, Tərlan Əhmədov, Mehman Yunusov, Əli Abışov, Nadir Şükürov, Alim Qurbanov, Kənan Kərimov, Emin Quliyev, Xəyal Mustafayev, Ədhəm Niftəliyev, Adil Şükürov, Vəli Qasımov və Hüseyn Məmmədov yer alıblar.
Qonaqların heyətində isə Andryus Labrinaruçuç, Mariyus Skinderes, Yustas Qasyunas, Gintautas Mirauskas, Deivydas Kançelskis, Dainius Şirvys, Dainius Şumauskas, Mantas Babenskas, Darius Butkus, Valdas Urbonas, Vytas Yanciauskas, Dainius Qudaitis və Tautvydas Venceviçius meydana çıxıblar.
Litva futbol veteranları bu matçdan sonra UEFA Millətlər Liqası çərçivəsində keçirilən Azərbaycan və Litva milli komandaları arasındakı qarşılaşmanı da tribunadan izləyiblər.