Yubiley medalı əcnəbilərə də verilə bilər

24.01.2025

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də təltif edilə bilər. SİA-nın məlumatına görə, bu barədə yubiley medalı haqqında Əsasnamədə qeyd olunub.

Əsasnamənin birinci maddəsində deyilir:

"Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəl fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью