Yuji Muzino: COP29 fərqli ümidlər vəd edir AZƏRTAC

22.11.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 22 noyabr, AZƏRTAC

COP29 insanlara fərqli ümidlər vəd edir. İnanıram ki, tərəflər yeni maliyyə, həmçinin Paris Sazişinin altıncı maddəsinin qaydaları kimi mühüm məsələləri razılaşdıracaqlar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29 iştirakçısı, Yaponiyada Paris Sazişinin altıncı maddəsini həyata keçirən təşkilatın nümayəndəsi Yuji Muzino deyib. O, Yaponiyada da ekoloji problemlərin mövcud olduğunu deyib: “Ölkəmiz ekoloji problemləri həll etməyə çalışır. Yaponiya 2050-ci ilə qədər xalis sıfıra nail olmaq öhdəliyi götürmüş bir ölkə olaraq çox çalışır”.

Yuji Muzino COP29-dan mühüm nəticələr əldə ediləcəyinə ümid etdiyini deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью