Yük avtomibili istehsalı 92 faiz azaldı

25.03.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 12 ədəd yük avtomobili istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 91,9 faiz azdır.

2024-cü ilin yanvar-fevral aylarında 149 ədəd yük avtomobili istehsal edilmişdi.

Komitənin məlumatına görə, martın 1-nə 2 ədəd hazır ehtiyat yük avtomobili var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью