Yük avtomobili elektrik cərəyanına toxundu, sürücü öldü

01.04.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.

Axar.az Report-a istinadla xəbər verir ki,hadisə Bakı-Quba yolunun “Yaşma bağları” ərazisində qeydə alınıb.

Belə ki,1970-ci il təvəllüdlü İldırım Mirməmməd oğlu Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb,arxa kuzanı qaldırarkən kuza 10.000 kv-luq elektrik cərəyan xəttinə toxunub.Sürücü hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью