Yük avtomobili yandı FOTO VİDEO

02.02.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakupost.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "QAZEL ” markalı yük avtomobilinin yük hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yük hissəsinə yığılmış taxta materialları yanıb.

Avtomobil yanğından mühafizə olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью