Yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yarandı Fotolar

13.02.2025

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhərinin Yasamal rayonunda yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yaranıb.

Manset.az xəbər verir ki, bu barədə Dövlət Yol Polisinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda paytaxtın Yasamal rayonu Ə. Haqverdiyev küçəsi ilə Ə. Cəmil küçəsinin kəsişməsində yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yaranıb. Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür”, – məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью