Yük avtomobilinin vurduğu piyada beş gün sonra ölüb

14.11.2024

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda beş gün qabaq yük avtomobilin vurduğu piyada ölüb. SİA xəbər verir ki, noyabrın 8-də Sabunçu rayonu, Bilgəh-Pirşağı avtomobil yolunda Quliyev Zahid Vahid oğlu idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə hərəkətdə olan zaman Qarayev Əbülfət Misir oğlunu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, həkimlərin səyinə baxmayaraq o, ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью