Yük avtomobilləri ƏDV dən azad olunur

06.11.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Azərbaycan ərazisində istehsal olunan yük avtomobillərinin satışı 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azaddır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью