Yük avtomobillərinin ehtiyat hissələrini oğurlayan maşın ustası saxlanılıb

07.01.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

BAKU.WS-in məlumatına görə, gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus "KamAZ" markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlayıb.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha 2 yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью