Yük avtomobillərinin özbaşınalığı Sürücülər xüsusi icazələrdən sui istifadə edir

02.02.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Son illər yük avtomobillərin törətdiyi aşma, toqquşma və maneəvurma hadisələrinin sayı artmaqdadır. Ağır fəsadlarla müşayiət olunan bu cür qəzalar, əsasən, sürücülərin dayanmadan işləməsi, avtomobillərin yorğun və yuxusuz halda idarə olunması, texniki nasazlıqlar, yükün düzgün qablaşdırılmaması, sürət həddinin aşılması, təhlükəli manevrlər və hərəkət zamanı diqqəti yayındıran davranışlarla əlaqələndirilir.

Bu kimi hadisələrdən biri də bu gün paytaxtın Heydər Əliyev prospektində baş verib. Yayılan görüntülərdən yük avtomobilinin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının ağır qəzaya səbəb olduğu aydın olur.

Mövzu ilə bağlı Bakupost.az-a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, yük avtomobillərinin, xüsusilə də ağır tonnajlı maşınların idarə olunmasında ciddi problemlər mövcuddur:


“Belə qəzalar kifayət qədər çoxalıb. Yük maşınlarının, daha çox da ağır tonnajlı maşınların necə gəldi idarə olunmasının şahidi oluruq. Hərçənd ki, onların ümumiyyətlə bəlli saatlarda mərkəzdə hərəkət etmələri qadağandır. Amma indi müəyyən layihələrə görə bəzi yük maşınlarına xüsusi icazələr verilir. Lakin bundan sui-istifadə edirlər. Hətta bir çox maşınların üstündən palçıq tökülür. Halbuki onlar obyektdən çıxanda təmizlənməli, yuyulmalıdır. Çox heyif ki, bunlara da əməl etmirlər, həm yol pis günə qalır, həm də kifayət qədər təhlükəli vəziyyət yaradırlar. Təəssüf ki, bunların azaldığını müşahidə etmirik. Düşünürəm, bu kimi hallarla bağlı yol polisinin nəzarəti güclənsə, nəticə görəcəyik”.


Lalə,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью