Yük gəmisi qəzaya uğrayıb, 13 nıfər xilas edilib

23.01.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Çin Sahil Mühafizəsi Cənubi Çin dənizində qəzaya uğrayaraq devrilmiş xarici yük gəmisindən 13 nəfəri xilas edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "Penpai" qəzeti Çin Sahil Mühafizəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, yanvarın 23-ü yerli vaxtla saat 1:34-də Çin Sahil Mühafizəsi Sanşa Şəhər Axtarış və Xilasetmə Mərkəzindən Cənubi Çin dənizində Huanyan rifindən təxminən 55 dəniz mili şimal-qərbdə yük gəmisinin aşdığı barədə məlumat alıb. Gəmidə hamısı Filippin vətəndaşı olan 21 heyət üzvü olub. Axtarış-xilasetmə əməliyyatları aparmaq üçün dərhal əraziyə iki patrul gəmisi göndərilib. İndiyə qədər 13 nəfər xilas edilib və axtarış davam edir.
Anar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью