Yük maşını ağaca çırpıldı Sürücü və nişanlısı yaralandı

20.01.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Hərəkətdə olan "Ford" markalı yük maşını yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 1994-cü il təvəllüdlü K.Məmmədov və onun nişanlısı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.K.Məmmədov vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью