Yük maşını aşdı 18 nəfər öldü

30.05.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əfqanıstanın şərqindəki Laqman vilayətində yük maşınının aşması nəticəsində ən azı 18 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Avtosfer.az-ın məlumatına görə, bu barədə "Xinhua" yerli polis idarəsinə istinadən xəbər verir.

Məlumata görə, yol-nəqliyyat hadisəsi paytaxt Kabulu şərq vilayətləri ilə birləşdirən magistral yolda baş verib - sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Bir neçə nəfərin vəziyyəti ağırdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью