Yük maşını aşdı, çörəklər yola dağıldı Fotolar

03.05.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı yük maşını “İsizu” markalı digər yük maşınına arxadan çırpılıb.

Qəza nəticəsində “İsizu” yoldan çıxaraq aşıb və onun içərisində olan çörəklər yerə dağılıb. “İsizu”nun sürücüsü hadisə nəticəsində xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью