Yük maşını avtobusa çırpılıb, 15 nəfər xəsarət alıb

24.11.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə yol qəzasında bir neçə nəfər xəsarət alıb. Bu barədə Avtosfer.az yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, Adana şəhərində yük maşını turist avtobusuna çırpılıb. Hadisə nəticəsində yük maşınının sürücüsü də daxil olmaqla 15 nəfər yaralanıb. Hadisə yerinə polis, xilasedicilər və təcili yardım əməkdaşları göndərilib. Xilasedicilər yük maşınında sıxılıb qalmış sürücünü çıxarıblar. Zərəçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan biri ağır vəziyyətdədir. Qəzanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью