Yük maşını avtomobillə toqquşdu, ölən var

09.04.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Muğla şəhərində ağır yol qəzası baş verib.

Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğlanın Milas rayonunda yük maşını qarşı zolağa keçərək minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində avtomobil sürücüsü həyatını itirib. Yük maşını sürücüsü və avtomobildə olan sərnişin yaralanıb.

Yaralılar Milas Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.(e.huquq)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью