Yük maşını dərəyə aşıb, 8 əsgər ölüb

25.02.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Kolumbiyanın cənub-qərbində yük maşınının dərəyə aşması nəticəsində 8 əsgər həlak olub, 16-sı isə yaralanıb. Avtosfer.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro məlumat verib.

“Narinyoda yol qəzasında ölkəmizə və Kolumbiya xalqına xidmət edən 8 əsgər həlak olub. Bu çox üzücü hadisədir və ölənlərin yaxınlarına başsağlığı verirəm”, - deyə o qeyd edib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 100 metr hündürlükdən düşən yük maşınında 36 əsgər olub. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью