Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nın İllinoys ştatındakı sakit küçələrdən birində yük maşını qəflətən partlayıb. Görüntülər ev kamerasına düşüb.
Reyting.az-ın məlumatına görə, partlayış nəhəng şok dalğası yaradıb, qonşuluqdakı bir çox evə ziyan vurub, lakin tələfat olmayıb.
Görüntülərdə məhəllədən keçən yük maşınından tüstü qalxır, daha sonra partlayaraq alov topuna çevrilir.
Hadisə yerində olan səlahiyyətlilər qəzanın yük maşınının arxasındakı propan çəninin sızması nəticəsində baş verdiyini deyiblər.
Partlayış nəticəsində 4 evə ziyan dəyib.
Sürücü möcüzəvi şəkildə partlayışdan yüngül xəsarətlərlə xilas olub və xəstəxanaya aparılıb.
V. QULİYEV