Yük maşını ilə əks yola çıxdı 99 BD 864 VİDEO

19.10.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Nərimanov rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 17-də saat 12:28 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, 99-BD-864 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük avtomobilinin sürücüsü əks istiqamətli yola çıxaraq hərəkət edib. Xoşbəxtlikdən, həmin vaxt qarşı tərəfdən nəqliyyat vasitəsi gəlməyib.

Qeyd edək ki, bəzi yollarda əks istiqamətli hərəkəti bildirən nişanlanma xətləri çəkilməsə də, bu, sürücülərə qarşı hərəkət zolağına çıxmağa əsas vermir. Belə hallarda da sürücülər yol hərəkəti qaydalarına əməl etməli, nişanlanma xətlərinin olmamasından sui-istifadə etməməlidirlər.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228015.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью