Yük maşını ilə minik avtomobili toqquşdu: ölənlər var FOTO

04.04.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin Karabük şəhərində minik avtomobili ilə yük maşınının (TIR) iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb.

Avtosfer.az xəbər verir ki, bu barədə “TRT Haber” “Anadolu”ya istinadən məlumat yayıb.

“Karabükdən [paytaxt] Ankara istiqamətində hərəkət edən <…> yük maşını ilə <…> avtomobil Karabük Sənaye Bölgəsi ərazisində toqquşub”, – məlumatda qeyd olunub. Bildirilib ki, zərbənin təsirindən avtomobil yoldan çıxaraq yol ayırıcısına düşüb.

Minik avtomobilindəki üç qadın hadisə yerində keçiniblər. Ağır yaralanan bir kişi və qadın isə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin müdaxiləsinə baxmayaraq, kişinin həyatını xilas etmək mümkün olmayıb.(report)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью