Yük maşını ilə toqquşan qatar relsdən çıxdı Yaralılar var

10.09.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Polşada sərnişin qatarının relsdən çıxması nəticəsində azı 20 nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Polşanın Dövlət Yanğından Mühafizə Xidməti məlumat yayıb.

Hadisə Pşisuxa yaşayış məntəqəsinin yaxınlığında "Intercity" şirkətinə məxsus qatarın iştirakı ilə baş verib.

Lyublin - Şşetsin marşrutu ilə hərəkət edən nəqliyyat vasitəsi dəmir yolu keçidində yük maşını ilə toqquşub.

Toqquşma nəticəsində qatarın bütün altı vaqonu qismən relsdən çıxıb. Qəza baş verən zaman qatarda 120 sərnişin olub.

Həkimlər dörd yaralının vəziyyətini ağır olaraq qiymətləndirirlər. Onların arasında yük maşınının sürücüsü də var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью