Yük maşını işıqforda gözləyən avtomobilə çırpıldı VİDEO

13.03.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bingöl mərkəzi xəstəxanasının kəsişməsində yük maşını işıqforda gözləyən avtomobilin arxasına çırpılıb. Zərbənin təsirindən avtomobil qarşıdakı avtomobilə dəyib.

Avtosfer.az türk mediyasına istinadən xəbər verir ki, bu vaxt təşviş içində olan sürücü maşını söndürmədən maşından düşüb. Bir neçə saniyə gözləyən sürücü nəqliyyat vasitəsi hərəkətə gələndə ikinci şoku yaşayıb.

Sürücüsüz hərəkətdə olan avtomobilin arxasınca qaçan vətəndaş yetişdiyi avtomobilə minib və sağa çəkərək saxlayıb. Həmin anlar başqa bir avtomobilin təhlükəsizlik kamerasına əks olunub.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.(son.xeber)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью