Yük maşını qəza riski YARATDI

21.02.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kocaelidə qar səbəbindən sürüşkən olan yolda enmək istəyən yük maşını sürüşərək qəza riski yaradıb. 

News24.az xəbər verir ki, vətəndaşlar sürücüyə istiqamət verərək qəzanın qarşısını almağa çalışıblar.

Türkiyədə gecə saatlarından başlayan və səhər saatlarından intensivliyi artan qar səbəbindən bəzi nöqtələrdə yollar bağlanıb, sürücülər və vətəndaşlar çətin anlar yaşayıb. Şəhərin bütün guşələri şumlarla təmizlənib, ancaq güclü qar səbəbindən yollar yenidən qarla örtülməyə başlayıb.

Qeyd edək ki, Türkiyədə qeyri-sabit hava şəraiti hələ də davam edir.

Ağa Dadaşzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью