Yük maşınını izdihamın üzərinə sürdü ölən və yaralılar var

01.01.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Bildirilir ki, sürücü daha sonra nəqliyyat vasitəsindən düşərək silahdan atəş açmağa başlayıb, hüquq-mühafizə orqanları da cavab atəşi açıb.

"İlkin məlumatlara görə, avtomobil, çox güman ki, bir qrup insana çırpılıb. Xəsarət alanlar barədə məlumat olmasa da, ölüm hallarının olduğu bildirilir", - yerli polis idarəsindən qeyd olunub. /Report

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью