Yük maşınının altında qalıb ÖLDÜ

03.12.2024

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Mingəçevir şəhərində ağır yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, saat 08 radələrində Rauf Şamilov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə yolu keçən 1978-ci il təvəllüdlü İradə Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə şəhər polis şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью