Yük maşınının ot bağlamalarından 31 qanunsuz miqrant aşkarlanıb

15.06.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Türkiyənin Hatay vilayətində yük maşınının qoşqusunda ot bağlamalarının altında gizlənmiş 31 qanunsuz miqrant aşkar edilib. Avtosfer.az-ın xəbərinə görə, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, qanunsuz miqrantlar Antakya- Altınözü istiqamətində hərəkət edən yük maşınında polislər tərəfindən aparılan axtarış zamanı müəyyən edilib.

Yük maşınının sürücüsü B.K. polis tərəfindən saxlanılıb.

Qanunsuz miqrantlar deportasiya edilmək üçün vilayətin Miqrasiya Mərkəzinə təhvil verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью