Yükdaşıyan raket start meydançasında partladı VİDEO

29.05.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Milyarder Ceff Bezosun sahibi olduğu “Blue Origin” şirkətinə məxsus “New Glenn” yükdaşıma raketi Florida ştatındakı start meydançasında keçirilən sınaqlar zamanı partlayıb.

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumat “NASA Spaceflight” portalının canlı yayımı zamanı ortaya çıxıb.

Yayımlanan videogörüntülərdə raketin alt hissəsində qəfildən parlaq alov qığılcımının yarandığı, ardınca isə güclü partlayışın baş verdiyi aydın şəkildə əks olunub. “Blue Origin” şirkəti rəsmi “X” sosial şəbəkə hesabında sınaqlar zamanı nasazlıq yaşandığını təsdiqləyib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilmir.

Xatırladaq ki, ötən ilin noyabrında “Blue Origin” şirkəti “New Glenn” raketinin Marsa planlaşdırılan tarixi uçuşunu son anda ləğv etmişdi. Sözügedən raket ABŞ Aeronavtika və Kosmik Fəza Agentliyinin (NASA) “Escapade” proqramı çərçivəsində Qırmızı planetə iki kosmik aparat daşımalı idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью