Yuki Tsunoda mövsümün sonunadək Red Bull komandasında qalacaq | Icma.az
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Red Bull" şirkətinin avtoidman məsləhətçisi Helmut Marko Yuki Tsunodanın ən azı mö
Oxu.Az xəbər verir ki, Helmut Marko Yukinin Maksla eyni xüsusiyyətlərə malik olduğu üçün komandada qalmasını istədiklərini bildirib.
"Maksın istifadə etdiyi sazlanmalar Yukiyə uyğun gəlir. Onlar eyni xüsusiyyətlərə malikdirlər və tərəfdaş kimi bir-birinə çox uyğun gəlirlər
Bizim üçün iki bolidlə xal qazanmaq vacibdir. Təəssüf ki, Yuki Suzukada xal qazana bilmədi, amma məşqlərdə o, Maksdan geri qalmırdı.
Sadəcə yaxşı təsnifat keçirmədi və ona görə də yarış da uğursuz və xalsız alındı.
Buna baxmayaraq, belə bir bolidlə heç bir təcrübəniz olmadan bu nəticəni də böyük nailiyyət saymaq olar.
Əmin ola bilərsiniz ki, Tsunoda mövsümün sonuna qədər "Red Bull"da qalacaq".
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu