Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10° enəcəyi gözlənilir.
Xidmətdən Demokrat.az-a verilən məlumata görə, havanın minimal temperaturu Aran rayonlarında 0-5°, dağətəyi rayonlarda 5-10°, dağlıq rayonlarda 10-15°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta olacaq. Bakıda və Abşeron yarımadasında isə gecə saatlarında havanın minimal temperaturunun 0°-yə yaxınlaşacağı, sonrakı günlərədə isə 3°-dək şaxta olacağı proqnozlaşdırılır.
Bakıda və Abşeron yarımadasında fevralın 19-u axşamdan başlayaraq arabir yağış yağacağı, 20-si səhərdən bəzi yerlərdə sulu qara keçəcəyi, 20-si axşam və 21-də arabir qar yağacağı ehtimal edilir. Yarımadanın bəzi yerlərində yağıntıların intensivləşəcəyi ehtimalı var.
Azərbaycanın rayonlarında hava şəraitinin fevralın 19-u axşamdan 22-si səhərədək fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı bildirilir. Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi proqnozlaşdırılır.
Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Xidmətdən Demokrat.az-a verilən məlumata görə, havanın minimal temperaturu Aran rayonlarında 0-5°, dağətəyi rayonlarda 5-10°, dağlıq rayonlarda 10-15°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta olacaq. Bakıda və Abşeron yarımadasında isə gecə saatlarında havanın minimal temperaturunun 0°-yə yaxınlaşacağı, sonrakı günlərədə isə 3°-dək şaxta olacağı proqnozlaşdırılır.