Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yazıçı və dramaturq, “Hərb və Sülh”, “Anna Karenina” kimi dünya ədəbiyyatının incilərindən sayılan əsərlərin müəllifi Lev Tolostoy deyirdi ki, “Bəzi insanlara hər gün yaxşılıq elə, səndə, sənə nankorluq edəcəklər”.
Haqlı və əsaslı aforizmdir. Həqiqətən də həyatda elə insanlar var ki, hər gün yaxşılıq et, qulluğunda dayan faydası olmayacaq, bir gün ani d
Bu cür insanlar hər bir cəmiyyət üçün təhlükə mənbəyidir. Onlar istənilən vaxt dövlətinə və xalqına xəyanət edə bilər.
Elə götürək dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbər Ramiz Mehdiyevi və onun qrupunun üzvlərini.
Bir müddət əvvələ qədər onlar yüksək etimadın nəticəsi olaraq müxtəlif vəzifələr daşıyırdılar, siyasi hakimiyyətdə təmsil olunurdular.
Elə ki hörmət-izzətlə vəzifədən yola salındılar, dönüb oldular əfi ilan.
Nəticədə Ramiz Mehdiyev və dəstəsinin üzvləri olan sabiq baş nazir Novruz Məmmədov, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov, Prezidentin sabiq köməkçisi Əli Həsənov, Bakının sabiq meri Hacıbala Abutalıbov, Azərbaycan Prezidentinin keçmiş Mətbuat katibi Azər Qasımov, keçmiş Baş Qərargah rəisi, general Nəcməddin Sadıqov, XİN rəhbəri Elmar Məmmədyarov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və keçmiş nəqliyyat naziri Ziya Məmmədov dövlətə və siyasi irsinə qarşı xəyanət yolu tutdular.