Icma.az, 525.az portalına istinadən məlumat verir.
"Yüksək gəlir təkcə seçilən ixtisasdan deyil, şəxsi bacarıqlardan, xarici dil biliyindən, praktiki təcrübədən və peşəkar sertifikatlardan da asılıdır".
Təhsil eksperti Rizvan Fikrətoğlu bunu 525.az-a söyləyib. Ekspert bildirib ki, Azərbaycan əmək bazarında abituriyentlərin bakalavr səviyyəsində seçə biləcəyi bəzi ixtisaslar yüksək gəlir vəd edir:
"Beynəlxalq bazarda əlavə gəlirli sahələr kimi süni intellekt, biotexnologiya və kibertəhlükəsizlik ön plana çıxır və bu sahələrdə gəlir səviyyəsi olduqca yüksəkdir. Ümumiyyətlə, yüksək gəlir təkcə seçilən ixtisasdan deyil, şəxsi bacarıqlardan, xarici dil biliyindən, praktiki təcrübədən və peşəkar sertifikatlardan da asılıdır. Bəzi ixtisaslar üzrə magistratura təhsili və ya xarici təcrübə gəlirin daha da artmasına səbəb ola bilər".
Sevinc Qarayeva