Yüksək gərginlikli elektrik xətti yola düşdü; YPX təhlükənin qarşısını aldı VİDEO

19.03.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Hacıqabul-Horadiz avtomobil yolunun Beyləqan rayonunun İmamverdilər kəndi ərazisindən keçən 111-ci kilometrində yüksək gərginlikli elektrik xəttinin güclü külək səbəbindən qırılaraq yolun hərəkət hissəsinə düşməsi əhali və yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

Avtosfer.az xəbər verir ki, ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 12-ci taqımının əməkdaşlarının çevik müdaxiləsi ilə qəzanın nəticələri aidiyyəti qurumlarla birgə aradan qaldırılıb, yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью