Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yüksək hərarətə görə İspaniya millisindən ayrıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
İspaniya millisinin müdafiəçisi Alex Qrimaldo səhhətində yaranan problemə görə İngiltərə ilə UEFA Millətlər Liqasının 6-cı tur matçını buraxacaq.
QOL.az xəbər verir ki, bu barədə İspaniya millisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yüksək hərarətlə müşayiət olunan xəstəlik səbəbindən futbolçu yığmanın düşərgəsini tərk edib.
Qarşılaşma bu ugün Madriddəki “Riyadh Air Metropolitano” stadionunda keçiriləcək.
Qeyd edək ki, İspaniya millisi 15 xalla qrupda liderdir. İngiltərə yığması isə 12 xalla ikinci pillədə qərarlaşıb. İspaniya bu görüşdə heç-heçə edəcəyi təqdirdə qrup birinciliyini təmin edəcək.