Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək

24.09.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş yüksək ixtisaslı miqrantların Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağlanmış əmək müqaviləsi çərçivəsində xaricdən əldə etdikləri gəlirlər 2027-ci il yanvarın 1-dən 20 il müddətinə gəlir vergisindən azad olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью