Yüksək Liqa: 10 cu tur başa çatdı

13.02.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son matçında "Azərreyl" "Murov Az Terminal"a 3:0 hesabı ilə yenib.

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Qeyd edək ki, ötən gün MOİK "Gənclər"i 3:1, "Xilasedici" "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью