Yüksək Liqa: Abşeron Azərreyl i çətinliklə yendi

04.03.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son olaraq iki qarşılaşma baş tutub.

"Abşeron" "Azərreyl"li 3:2, "Milli Aviasiya Akademiyası” isə “Murov Az Terminal”lı 3:0 hesabı ilə yenib.

Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

Qeyd edək ki, turun martın 1-də baş tutan oyununda "Gəncə" UNEC-i məğlub edib - 3:0.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью