Yüksək Liqa: Azərreyl çempion

24.04.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Qadın voleybolçular arasında Yüksək Liqada 2024/25 mövsümünə yekun vurulub.

Apasport.az xəbər verir ki, ölkə çempionun adına finalın ikinci oyununda aydınlıq gəlib.

Həlledici qarşılaşma Milli Gimnastika Arenasında keçirilib. Ötən mövsümün çempionu “Azərreyl” “Abşeron”la qarşılaşıb.

“Dəmiryolçular” ilk görüşdəki 0:3 hesablı məğlubiyyətin revanşını almağa nail olub. Quru hesabla qalib gələn “Azərreyl” cütün taleyini “Qızıl set”ə daşıyıb. Son hissədə də qalib gələn "dəmiryolçular" qızıl medallara sahib olub.

Yüksək Liqa (qadınlar)
Final, ikinci oyun

15:00. “Azərreyl” - “Abşeron” - 3:0 (28:26, 30:28, 25:22)
Qızıl set: 15:12

"Azərreyl" və "Murov Az Terminal"a qarşı “Xilasedici” bürünc medala sahib çıxdı "Azərreyl" finalda məğlub olub AVF prezidenti Tovuz Regional Voleybol Klubunun üzvləri ilə görüşüb Yüksək Liqa: “Azərreyl” “Abşeron”la üz-üzə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью