Yüksək Liqa: “Azərreyl” qalib gəldi FOTO

05.02.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada IX tura start verilib. 
Bizim.Media xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. GİN-in Voleybol Mərkəzində baş tutan yeganə matçda “Azərreyl” MOİK-lə üz-üzə gəlib. 
Görüş gözlənildiyi kimi, "dəmiryolçular"ın asan qələbəsi ilə başa çatıb. Bu qələbə “Azərreyl”i müvəqqəti də olsa ikinci pilləyə yüksəldib.
Yüksək Liqa (Kişilər)
IX tur
5 fevral
16:00. “Azərreyl” – MOİK - 3:0 (25:16, 25:17, 25:14)
GİN-in Voleybol Mərkəzi
1  Murov Az Terminal  8  8  0  24-0  600-421  24
2  Azərreyl  9  6  3  21-10  732-593  19
3  Xilasedici  8  6  2  19-7  617-495  18
4  Neftçi  8  4  4  12-15  573-581  11
5  MOİK  9  1  8  3-26  570-698  2
6  Gənclər  8  0  8  3-24  446-651  1
Qeyd edək ki, tura sabah keçiriləcək “Gənclər” - “Neftçi” və “Xilasedici” - “Murov Az Terminal” oyunları ilə yekun vurulacaq.


Rəşad Rafiqoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью