Yüksək Liqa: “Azərreyl”dən inamlı qələbə

05.03.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kişi voleybolçular arasında Yüksək Liqada XIV turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.

GİN-in Voleybol Mərkəzindəki ilk matçda MOİK və “Azərreyl” üz-üzə gəlib. Görüş "dəmiryolçular"ın "quru hesablı" qələbəsi ilə başa çatıb.

Liderlərin duelində “Murov Az Terminal”la “Xilasedici” qarşılaşıb. Oyun gərgin mübarizə şəraitində keçib. Lider 2:3 hesabı ilə uduzub.

Tura “Neftçi” - “Gənclər” oyunu ilə yekun vurulub. "Ağ-qaralar" bu qarşılaşmada çətinlik çəkməyiblər.

Yüksək Liqa (Kişilər)
XIV tur

5 mart

14:00. MOİK - “Azərreyl” - 0:3 (19:25, 11:25, 19:25)

16:00. “Murov Az Terminal” - “Xilasedici” - 2:3 (24:26, 25:19, 21:25, 25:17, 13:15)

18:00. “Neftçi” - “Gənclər” - 3:1 (25:18, 25:15, 23:25, 25:22)

“Murov Az Terminal”dan növbəti qələbə "Gəncə" UNEC-i məğlub etdi Yüksək Liqada növbəti turun matçları keçiriləcək “Neftçi” MOİK-lə qarşılaşacaq “Gəncə”dən çətin qalibiyyət
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью