Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Bu gün futzal üzrə Yüksək Liqada V turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, ilk oyunda gənclər yığması ilə son çempion gücünü sınayıb.
“Araz-Naxçıvan” üçün daha çox məşq xarakteri daşıyan görüşdə “qırmızı-ağlar” böyükhesablı qələbəyə sevinib.
Mərkəzi oyun isə gözlənildiyi kimi, daha gərgin keçib. Eyni xala malik olan və ilk iki pillədə qərarlaşan komandalar birinci dövrənin qalibi
Oyuna “Baku Fire” yaxşı başladı. Ardıcıl qollar vuran nominal qonaqlar fasiləyə hesabda üstün yollanıb. İkinci hissədə ssenari dəyişdi.
Bu dəfə “Neftçi” qolları sıraladı və 25-ci dəqiqədə oyunda ilk dəfə olaraq hesabda önə keçdi.
Buna qədər isə “ağ-qaralar” əsas “silahı” olan İsa Atayevin zədələnərək oyunu davam etdirə bilməyəcəyinə üzülmüşdü.
31-ci dəqiqədə “5-ci oyunçu” kimi meydana çıxan Manafov tablodakı rəqəmləri eyniləşdirməklə het-trikini də rəsmiləşdirdi.