Yüksək Liqa: Bürünc mükafatçı müəyyənləşəcək

21.04.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kişi voleybolçular arasında keçirilən Azərbaycan Yüksək Liqasında bu gün mövsümün bürünc mükafatçısı müəyyənləşəcək.

Apasport.az xəbər verir ki, üçüncü yer uğrunda cavab oyununda “Neftçi” və “Xilasedici” komandaları üz-üzə gələcək. Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq və saat 17:00-da start götürəcək.

Komandalar arasında keçirilmiş ilk oyunda “Xilasedici” 3:0 hesabı ilə inamlı qələbə qazanıb.

Reqlamentə əsasən, bürünc medalçının adı iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Əgər hər iki komanda bir qələbə qazansa və xallar bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün “qızıl set” oynanılacaq.

Yüksək Liqada bürünc medal uğrunda görüşlər başlayır Final oyunlarının tarixi bəlli olub “Azərreyl” və “Murov Az Terminal” finalda Yüksək Liqada yarımfinal həyəcanı davam edir “Azərreyl” və “Abşeron” finalda
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью