Yüksək Liqa: Derbini Neftçi qazandı

04.12.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Bu gün futzal üzrə Yüksək Liqada IX turun iki oyunu keçirilib. 

Fanat.Az xəbər verir ki, "Araz-Naxçıvan"ın Çempionlar Liqasında iştirakı səbəbindən bir oyunu təxirə salınan turun ilk matçında turnir cədvəlinin üst pillələrində yer alan komandalar qarşılaşıb. 

On iki qolun qeydə alınsığı "Baku Fire" - "Neftçi" matçından "ağ-qaralar" qalib ayrılıblar. Beləliklə, Fuad Rzayevin komandası liderliyini möhkəmləndirib. 

Turun digər oyununda debütant orta pillələrdə qərarlaşan “Şuşa”nın qonağı olub. Nominal qonaqlar böyükhesablı qələbə qazana bilib. 
Tur çərçivəsində keçirilməli olan “Araz-Naxçıvan” – U-19 görüşü dekabrın 18-nə təyin olunub.
Yüksək Liqa
9-cu tur

Baku Fire – Neftçi İK 4:8 (2:5)
4 dekabr. Olimpik Star. 
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Elgün Hüseynov
Hakim-inspektor: Murad Məmmədov. 

Lənkəran – Şuşa 5:12 (2:7)
4 dekabr. Olimpik Star.
Hakimlər: İmran Məhərrəmov, Vüsal Balaşov, Nihad Bağırov
Hakim-inspektor: Ramiz Əsədov

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью