Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun son matçında "Gəncə" doğma meydanda "Gənclər" komandasını qəbul edəcək.
Görüş Gəncə İdman Sarayında baş tutacaq və saat 14:00-da start götürəcək.
Kişi voleybolçular arasında isə bu gün XIV tur start götürür. Turun açılış oyununda "Murov Az Terminal" kollektivi "Gənclər" komandası ilə üz-üzə gələcək.
Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək matçın start fiti saat 16:00-da səsləndiriləcək.