Yüksək Liqa: Neftçi növbəti matçına çıxacaq

25.02.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XII turunda bu gün iki matç keçiriləcək.

Apasport.az xəbər verir ki, saat 14:00-da MOİK "Xilasedici" ilə üz-üzə gələcək.

"Xilasedici" komandası hazırda 26 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. MOİK isə 5 xalla beşincidir.

"Murov Az Terminal” - “Neftçi” matçı saat 18:00-da start götürəcək. "Murov Az Terminal" 27 xalla liderdir. "Neftçi" isə 15 xalla dördüncü pillədə qərarlaşıb.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Yüksək Liqada XII tura start veriləcək Millimiz beynəlxalq turnirdə gümüş medal qazanıb Yüksək Liqada növbəti turun proqramı açıqlanıb Azərbaycan çimərlik voleybolu üzrə klub reytinqdə Avropada birincidir "Abşeron" "Gəncə"ni məğlub edib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью